• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Azərbaycan regionda sülhə sadiqdir" - Prezident

SİYASƏT

14 Dekabr 2021 | 19:14

"Azərbaycan regionda sülhə sadiqdir" - Prezident

"Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir və Ermənistanla sülh sazişi üzərində işə başlamağa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, görüş zamanı Cənubi Qafqazda müharibədən sonrakı vəziyyət müzakirə olunub.

"Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq", - deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026