• Bakı 16° C

    6.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Azərbaycan-Rusiya münasibətləri: Qarşılıqlı əlaqələrin dinamikası və əhatə dairəsi artır

SİYASƏT

25 Aprel 2024 | 16:47

Azərbaycan-Rusiya münasibətləri: Qarşılıqlı əlaqələrin dinamikası və əhatə dairəsi artır

Rusiyada həm Sovet İttifaqı, həm də postsovet dövrlərdə xalqımızın böyük oğlu Heydər Əliyevin yüksək nüfuzu olmaqla bərabər, ona böyük sevgi və ehtiram olub. İndi də Rusiya rəhbərliyi və ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir.

Ulu Öndər Heydər Əliyev SSRİ Baş nazirinin birinci müavini vəzifəsində çalışdığı vaxtlarda Baykal-Amur magistralı adlı Ümumittifaq tikintisi üzrə layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.

Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənib. Unutmayaq ki, ölkəmizin inşaatçıları və mütəxəssisləri də Baykal-Amur Magistralının tikintisində fəal iştirak ediblər, Ürgənc adlı şəhər-stansiyasını yaratıblar.

2000-ci illərin əvvəllərində isə ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər oğlu Əliyev qoyublar.

Artıq iki ildən çoxdur ki, Rusiya və Azərbaycan 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə çərçivəsində qarşılıqlı münasibətlərini davam etdirirlər. Bu münasibətlərdə davamlı olaraq nəqliyyat komponenti də müstəsna əhəmiyyət daşıyır.

Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq baxımından müstəsna xarakteri ilə seçilir.

Ötən il Azərbaycanda və Rusiyada Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir.

Azərbaycan və Rusiyaböyük nəqliyyat layihələri, o cümlədən “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında da fəal iştirak edirlər. Qarşılıqlı əlaqələrin dinamikası və əhatə dairəsi ilbəil artır.

Məlumdur ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Bu, iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərməkdədir.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Bir sözlə, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkə olaraq qarşılıqlı münasibətlərimizdə proritetini qorumaqdadır və Azərbaycan Respublikası olaraq proseslərə praqmatik yanaşmaqla koqnitiv addımlar atmaqda israrımızı davam etdirəcəyik.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Pedaqogika elmləri doktoru,professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

04 May 2024