• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan sulfat turşusu ixrac edəcək

İQTİSADİYYAT

10 Dekabr 2021 | 13:25

Azərbaycan sulfat turşusu ixrac edəcək

Gələn ilin mart ayında Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sulfat turşusu zavodu istifadəyə veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu jurnalistlərə "Azərsulfat" MMC-nin rəhbəri Emil Quliyev bildirib.

Onun sözlərinə görə, zavodun illik istehsal gücü 20 min ton təşkil edəcək.

E. Quliyev onu da əlavə edib ki, zavodda istehsal ediləcək sulfat turşusunun 7-8 min tonu daxili bazara yönəldiləcək, 7,5 min tonu Gürcüstana, qalan hissəsi isə digər ölkələrə ixrac ediləcək.

"Azərsulfat"ın rəhbəri qeyd edib ki, layihənin investisiya dəyəri 10 mln. manat təşkil edir, bu məbləğin 2,9 mln. manatı artıq yatırılıb. (APA)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR