• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan və Gürcüstan bu sahədə əməkdaşlıq memorandumu imzalayacaq

SİYASƏT

17 Yanvar 2025 | 12:47

Azərbaycan və Gürcüstan bu sahədə əməkdaşlıq memorandumu imzalayacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismarı üçün birgə səylərin əhəmiyyəti xüsusilə qeyd edilməlidir, Azərbaycanın əlavə investisiyası və Gürcüstanın səyləri nəticəsində xətt üzrə yükdaşıma qabiliyyəti bir milyondan 5 milyona yüksəldilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib. Hökümət başçısı BTQ-nin artıq Orta Dəhlizin vacib elementlərindən biri olduğunu vurğulayıb.

    “Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Ticarət Limanı Orta Dəhlizin mühüm həlqəsidir. Hazırda limanın yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində aktiv işlər aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Biz çox şadıq ki, bu gün müvafiq qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Bütün bunlar qitələrarası sövdələşmələrdə mühüm tranzit bağları kimi Azərbaycan və Gürcüstanın rolunu gücləndirir”, - Azərbaycanın Baş naziri bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026