• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edib

İQTİSADİYYAT

15 Iyul 2025 | 13:54 | Müəllif: Gülşən Şərif

Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edib

"Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər.

Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.

Xatırladaq ki, nazir M.Kvrivişvili bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, həmçinin nazir ölkənin yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026