• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan və Türkiyə hərbçiləri birgə neçə təlim keçirib? - RƏSMİ

CƏMİYYƏT

23 Dekabr 2022 | 11:54

Azərbaycan və Türkiyə hərbçiləri birgə neçə təlim keçirib? - RƏSMİ

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə 20-dək hərbi təlimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un Ankara bürosuna eksklüziv açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir qeyd edib ki, hər il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:

“Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələrilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də “Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026