• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEO

CƏMİYYƏT

24 Oktyabr 2023 | 15:46

Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEO

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.


Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEOAzərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEOAzərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEOAzərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşdü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026