• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycan Zəngəzur və Göyçənin qaytarılması ilə bağlı danışıqlarda israrlıdır - AÇIQLAMA

SİYASƏT

08 Oktyabr 2024 | 15:21

Azərbaycan Zəngəzur və Göyçənin qaytarılması ilə bağlı danışıqlarda israrlıdır - AÇIQLAMA

"Azərbaycan Zəngəzur və Göyçənin geri qaytarılması ilə bağlı danışıqlarda israrlıdır".

Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Keçmiş XİN başçısı bildirib ki, Qərbi azərbaycanlılar təhlükəsizlikləri və hüquqları tam şəkildə təmin olunmaq şərti ilə öz yurdlarına qayıda bilərlər.

Onun sözlərinə görə, Qərbi azərbaycanlıların ya Ermənistan vətəndaşı kimi hüquqları qorunmalıdır, ya da onlara hansısa xüsusi status verilməlidir. Düzdür, İrəvan hökuməti bununla bağlı vədlər versə, təbii ki, bu vədlərə tənqidi yanaşacağıq, daha doğrusu, etimad göstərməyəcəyik”.

Müsahibimizə görə, bəlkə də bu məsələdə beynəlxalq qurumların nəzarətinə ehtiyac olacaq.  

Tofiq Zülfüqarov: Qərbi azərbaycanlılar təhlükəsizlikləri tam təmin olunmaq şərti ilə öz yurdlarına dönə bilərlər

T.Zülfüqarov vurğulayıb ki, hazırda ən vacib məsələ Ermənistanın siyasi məsuliyyətini qəbul etməsi və bizə müxtəlif sahələrdə vurduğu ziyanı ödəməklə bağlı öhdəlik götürməsidir. Sonrakı məsələlər bu əsasda danışıqlar yolu ilə həll oluna bilər.

“Əlbəttə, təzminat məsələsi də buna daxildir. Ermənistan dövləti beynəlxalq qanunlara uyğun olaraq hansısa formada təzminatını mütləq ödəməlidir", - deyə Tofiq Zülfüqarov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Dekabr 2024