• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet öldü

HADİSƏ

31 Avqust 2021 | 22:46 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet öldü

Azərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026