Fransanın sabiq prezidenti Nikolya Sarkozi məhkəmə qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, 2012-ci il prezident seçkiləri ərəfəsində seçki kampaniyası üçün xərclərin həddini aşmaqda təqsirli bilinib.
Qeyd olunur ki, Nikolas Sarkozi 1 il həbs cəzası alıb və cəzasını evdə elektron nəzarət altında keçirəcək. Hökmün elanına Sarkozinin özü gəlməyib. Fransanın keçmiş prezidenti məhkəmədə vəkili Terri Erzoq tərəfindən təmsil olunur.
İttihama əsasən, sabiq prezident 2012-ci il seçki kampaniyasına qanunla icazə verilən 22 milyon avro əvəzinə 42 milyon avro sərf edib.















