• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Abşeronda sərnişin avtobusu aşdı - xəsarət alanlar var

HADİSƏ

30 Sentyabr 2021 | 15:51 | Müəllif: Subhan Mahmudov

Abşeronda sərnişin avtobusu aşdı - xəsarət alanlar var

Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR