Masallı rayonunda intihar hadisə baş verib.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ərkivan kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü N.A. (oğlan) yaşadığı evdə özünü asaraq intihar edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
















