Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (20-16 noyabr) 17 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 152 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, 10 372 nəfər vəfat edib, aktiv xəstə sayı 37 nəfərdir.
Ölkədə son həftə ərzində 3942, hazırkı dövrədək isə 7 715 867 test aparılıb.
Qeyd edək ki, bir həftədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.