• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda dini sahədə stabil mühit mövcuddur - Ramin Məmmədov

GÜNDƏM

31 Iyul 2024 | 13:00

Azərbaycanda dini sahədə stabil mühit mövcuddur - Ramin Məmmədov

Azərbaycanda dini sahədə stabil mühit mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərinin Suraxanı rayonunda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşdə deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan ölkə konfessiyalar və məzhəblər arasında münasibətlər baxımından nümunəvidir.

R.Məmmədov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir:

"Ölkəmizdəki sağlam dini mühitin qorunub-saxlanılması baxımından maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən komitə sədri bu istiqamətdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək müvafiq tövsiyələrini verib".

Eyni zamanda komitə sədri ibadət evlərinin fəaliyyəti ilə yerində tanış olmaq üçün məscid, kilsə və sinaqoqları ziyarət etdiyini, bu prosesin ölkənin bütün bölgələrini əhatə edəcəyini deyib. Bildirib ki, ibadət evlərini ziyarət etməkdə məqsəd həm mövcud vəziyyəti əyani şəkildə görmək, həm də din xadimləri, dini icma üzvləri ilə birbaşa müzakirələr aparmaqdır.


Azərbaycanda dini sahədə stabil mühit mövcuddur - Ramin MəmmədovAzərbaycanda dini sahədə stabil mühit mövcuddur - Ramin Məmmədov
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026