• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda iki yeni medal təsis edildi

CƏMİYYƏT

27 Dekabr 2022 | 22:29 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda iki yeni medal təsis edildi

Azərbaycanda iki yeni medal təsis edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişiklikdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub.

Medalların Əsasnamələrində onların təsviri və elementləri əks olunub. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası da qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026