• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanıbmı?

CƏMİYYƏT

12 Aprel 2022 | 14:23 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanıbmı?

Azərbaycanda "kinder" məhsullarının yığışdırılması ilə bağlı qərar yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, "Kinder"in Belçikada müəyyən aralıqda istehsal etdiyi 6 növ məhsul "Salmonella" bakteriyasının olması şübhəsi ilə ixrac edildiyi ölkələrdən geri çağrılır:

"Azərbaycanda olan həmin məhsullarda "salmonella" aşkarlanmayıb. "Salmonella" ilə zəhərlənmə ilə bağlı da hər hansı bir hal baş verməyib.

Hazırda ticarət mərkəzlərində satılan məhsullar o kateqoriyadan deyil. Geri çağılmış məhsullar yığışdırıldıqdan sonra təkrar ekspertizalar keçiriləcək. Ekspertizadan sonra həmin məhsulların taleyi ilə bağlı qərar veriləcək", - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026