• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

CƏMİYYƏT

05 Aprel 2021 | 16:37

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Qeyd olunub ki, ölkədə son sutka ərzində 6763, hazırkı dövrədək isə 2935718 test aparılıb.


Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026