• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda qadın taksi sürücüsünü bıçaqladı

HADİSƏ

07 Dekabr 2021 | 12:45 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda qadın taksi sürücüsünü bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G.Məmmədovanın V. Məhərrəmovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Faktla bağlı polis araşdırmaya başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026