• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Brakonyer qonşular saxlanıldı

HADİSƏ

06 Yanvar 2022 | 11:07 | Müəllif: Qalib İbrahimoğlu

Brakonyer qonşular saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb etdiyindən ona yaxınlaşıblar. Bu zaman avtomobildə olan sürücü və sərnişinlərin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxslər polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı sürücünün Tülü kənd sakini Ramiz Akkubayev, sərnişinlərin isə onun həmkəndliləri Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev olduqları müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişinlərə məxsus üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.

Saxlanılan şəxslərin hər biri barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Brakonyer qonşular saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026