Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobil piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.
Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Səfərov hadisədən iki gün sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.















