• Bakı 24° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Azərbaycanda seysmik və tektonik aktivlik artıb - VİDEO

CƏMİYYƏT

11 Iyun 2025 | 10:02

Azərbaycanda seysmik və tektonik aktivlik artıb - VİDEO

Azərbaycanda seysmik və tektonik aktivlik artıb.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, ölkə ərazisində son 1 həftə ərzində ard-arda baş verən yeraltı təkanlardan sonra dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, ümumilikdə, dünyada seysmik aktivlik artır və Azərbaycan da bundan kənarda qalmır.

Qulam Babayev həmçinin vurğulayıb ki, qonşu ölkələr- Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitlik gözləmək olmaz. O əlavə edib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlarda görür.

Qulam Babayev onu da əlavə edb ki, seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu, dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir.

 


SON XƏBƏRLƏR