• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda son sutkada 2508 nəfər COVID-19-a yoluxub - 37 nəfər ölüb

GÜNDƏM

10 Sentyabr 2021 | 18:17 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda son sutkada 2508 nəfər COVID-19-a yoluxub - 37 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026