• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda traktor istehsalı 3,9 dəfə artıb

İQTİSADİYYAT

18 Avqust 2021 | 13:36

Azərbaycanda traktor istehsalı 3,9 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 172,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 % artıb.

Yanvar-iyul aylarında 940 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 134 ədəd və ya 12,5 % az minik avtomobili istehsal olunub. Bu il avqustun 1-nə ölkədə 141 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 7 ayı ərzində Azərbaycanda 407 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,9 dəfə çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 60 ədəd hazır məhsul ehtiyatı yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026