• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Polşa Rusiya qazından bu tarixdən imtina edir

İQTİSADİYYAT

16 Sentyabr 2021 | 15:27

Polşa Rusiya qazından bu tarixdən imtina edir

Polşa 2022-ci ildən etibarən Rusiya qazından imtina edəcək.

Bakıvaxtı.az xəbər verir ki, hökumətin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Petr Naimski "Siódma9.pl" radiostansiyasının efirində Varşavanın Rusiyanın mavi yanacağının tədarükü üçün Qazpromla müqaviləni yeniləməyəcəyini bildirb.

Varşava gələn il oktyabrın 1-dən "Baltic Pipe" ilə qaz tədarükünə başlamağa ümid edir. Polşa rəsmisi hesab edir ki, bu, Rusiya mənbələrinin iştirakı olmadan Polşa iqtisadiyyatına lazımi miqdarda qaz tədarükünə imkan verəcək: "Rusiyanın "Gazprom"ı ilə müqaviləni yeniləməyəcəyik"

Qeyd edək ki, Polşa Rusiyadan ildə 10 milyard kubmetrə qədər qaz alır. Yanacaq tədarükü müqaviləsi 2022 -ci ildə başa çatır və Varşava onu yeniləməyəcəyini dəfələrlə bəyan edib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR