• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda yeni turizm zonaları yaradılır

İQTİSADİYYAT

10 Yanvar 2022 | 21:02 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda yeni turizm zonaları yaradılır

Azərbaycanda yeni turizm və rekreasiya zonaları yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Turizm haqqında” qanunda öz əksini tapıb.

Qanuna əsasən, turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə dövlət turizm orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elan olunur. Turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026