• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Neftimizin bahalaşması manatın möhkəmlənməsinə təsir etmir - Ekspert

İQTİSADİYYAT

08 Fevral 2022 | 15:28 | Müəllif: Qalib İbrahimoğlu

Neftimizin bahalaşması manatın möhkəmlənməsinə təsir etmir - Ekspert

“Azərbaycan neftinin qiymətinin dünyada yüksəlməsi Azərbaycanda valyuta gəlirlərinin artmasına səbəb olur”.

Bu barədə Bakıvaxtı.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, valyuta gəlirləri artdıqca, təbii ki, gəlirlərin sosial yardımlara, əmək haqlarına, hansı formada xərclənməsinə Azərbaycan hökumətinin özü qərar verər: “Belə bir qərar vermək istəsələr əlavə vəsait ayıra bilərlər”.

Ekspert deyib ki, bu manatın möhkəmlənməsinə təsir etmir, çünki bizdə manatın məzənnəsi inzibati qaydada tənzimlənir: “Əgər birja qaydalarında tənzimlənsə idi, müəyyən təsirləri olardı. Ona görə də, manat siyasi və inzibati qaydalarla dəyişir”.

“Hələlik neftin indiki yüksək səviyyəsində nə ucuzlaşma, nə də bahalaşma ilə bağlı hər hansı qərarın olacağını gözləmirəm”, - deyə ekspert əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026