• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Baronessa Nikolson Bakıda Mikayıl Cabbarovla görüşdü - FOTO

İQTİSADİYYAT

10 Mart 2022 | 12:34

Baronessa Nikolson Bakıda Mikayıl Cabbarovla görüşdü - FOTO

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Bu gün Baronessa Emma Nikolson və nazir Mikayıl Cabbarov arasında məhsuldar görüşü baş tutdu. Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır”, - səfir yazıb.

Xatırladaq ki, Böyük Britaniya Baş nazirinin ticarət elçisi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üçgünlük səfər edir.


Baronessa Nikolson Bakıda Mikayıl Cabbarovla görüşdü - FOTOBaronessa Nikolson Bakıda Mikayıl Cabbarovla görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026