• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Nestle” Rusiyadakı bütün kapital qoyuluşlarını dayandırır

İQTİSADİYYAT

09 Mart 2022 | 21:08 | Müəllif: Subhan Mahmudov

“Nestle” Rusiyadakı bütün kapital qoyuluşlarını dayandırır

Dünyanın ən böyük qablaşdırılmış qida istehsalçısı olan “Nestle” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini məhdudlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, “Nestle” Rusiyaya sərmayə yatırmağı və məhsullarını bu ölkədə reklam etməyi dayandırır.

Eyni zamanda, şirkət Rusiyaya əsas ərzaq məhsullarının tədarükünü davam etdirəcək.

Xatırladaq ki, “Nestle” “Maggi”, “Kitkat”, “Gerben”, “Nescafe”, “Friskies”, “Purina” kimi çoxsaylı brendlərin sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026