• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bakı Limanının yükaşırma gücü artırılacaq

İQTİSADİYYAT

10 Mart 2022 | 14:27 | Müəllif: Subhan Mahmudov

Bakı Limanının yükaşırma gücü artırılacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücü tələb və təklifə uyğun olaraq tədricən artırılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton təşkil edir.

"2021-ci ildə liman 5,6 milyon ton yük aşırıb. Hazırda Bakı limanının ərazisində mineral gübrələrin aşırılması üçün terminal inşa olunur. Həmçinin, dənəvər yüklərin aşırılması terminalının tikintisi planlaşdırılır", - deyə o bildirib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026