• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gürcüstan Ermənistan istehsalı olan “matsun” adlı məhsulun tranzitini qadağan edib

İQTİSADİYYAT

09 Fevral 2022 | 03:40 | Müəllif: Subhan Mahmudov

Gürcüstan Ermənistan istehsalı olan “matsun” adlı məhsulun tranzitini qadağan edib

Gürcüstan öz ərazisindən Ermənistan istehsalı olan “matsun” adlı məhsulun Rusiyaya daşınmasını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat verib.

Nəticədə erməni istehsalçıları öz məhsullarını “erməni dağ qatığı” adı ilə Rusiyaya ixrac etməyə başlayıblar.

Gürcüstan tərəfi izah edib ki, Fransada konyak və şampan olduğu kimi, “matsoni” adı da Gürcüstanda onun coğrafi göstəricisi kimi qeydə alınıb.

“Matsun” adı da Gürcüstanda qeydiyyatdan keçmiş “matsoni” adına bənzədiyi üçün onun Gürcüstan ərazisindən ixracına icazə verilməyib.

Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Qayane Antonyan bildirib ki, hökumət gürcü həmkarları ilə coğrafi göstəricilərdən istifadə məsələsini aydınlaşdırmaq üçün addımlar atır.

Eyni zamanda, nazirliyin nümayəndəsi qeyd edib ki, “matsun” adı Ermənistan Respublikasında coğrafi göstərici kimi qeydiyyata alınarsa, məhsul yalnız coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında ikitərəfli müqavilə imzalandıqdan sonra Gürcüstan ərazisindən keçməklə başqa ölkələrə ixrac oluna bilər.

O əlavə edib ki, Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş müzakirə edilib. Sazişin müddəaları və iki ölkədə qeydə alınmış coğrafi göstəricilərin siyahıları tezliklə birgə işçi qrupu tərəfindən təhlil olunacaq.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026