Şirvan şəhərində 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəyə həsr olunan abidə ucaldılıb.
Bakıvaxtı.az xəbər verib ki, Şirvanda Məhəmməd Füzuli adına Parkda Zəfər abidəsi ucaldılıb.
Məlumata görə, abidənin ətrafında işlər yekunlaşmaq üzrədir.
Bu şəhərdə ucaldılan Zəfər abidəsinin Azərbaycanda ilk zəfər abidəsi olduğu bildirilir.
Ramid İbrahimov

















