Qazaxıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrlik prioritetlərini dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu bildirib.
O qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə yaradılmış bu forum regional təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi üçün zəruri olan dialoq platformasına çevrilib.