• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8474

    RUB - 0.0245

Azərbaycanın sığorta bazarı 15% böyüyüb

CƏMİYYƏT

24 Yanvar 2023 | 16:12

Azərbaycanın sığorta bazarı 15% böyüyüb

2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 15 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 433,202 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,6 % azdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,4 manat olub.


SON XƏBƏRLƏR

28 Yanvar 2023