"Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var”.
Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında bildirib. Onun sözlərinə görə, söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir.
“Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq", - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır.
Qeyd edək ki, o, avtomobil hərəkətinin bərpa oluna biləcəyini də açıqlayıb. Bildirib ki, Azərbaycanla avtokommunikasiyanın bərpasına dair Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən sonra razılıq əldə edilib.
Ranid İbrahimov
















