• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanla birgə güclü addımlar atacağıq - Kurum

SİYASƏT

03 Dekabr 2024 | 01:30

Azərbaycanla birgə güclü addımlar atacağıq - Kurum

Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murad Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.

O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.

Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.


SON XƏBƏRLƏR

18 Aprel 2025