• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanla İran arasında su bölgüsü müəyyənləşdirilib, protokol imzalanıb

GÜNDƏM

29 May 2024 | 16:35

Azərbaycanla İran arasında su bölgüsü müəyyənləşdirilib, protokol imzalanıb

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.


Azərbaycanla İran arasında su bölgüsü müəyyənləşdirilib, protokol imzalanıbAzərbaycanla İran arasında su bölgüsü müəyyənləşdirilib, protokol imzalanıbAzərbaycanla İran arasında su bölgüsü müəyyənləşdirilib, protokol imzalanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026