• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8254

    RUB - 0.0212

Azərbaycanlı müğənni İsveçrəyə köçdü

MƏDƏNİYYƏT-ŞOU

20 Mart 2023 | 10:23

Azərbaycanlı müğənni İsveçrəyə köçdü

Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, ifaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, qızını efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:

"Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm. İndi Hollandiyaya gəzməyə gediblər, qayıdacaqlar İsveçrəyə".

Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. Sədaqət 2019-cu ildə ailə qurub. 


SON XƏBƏRLƏR

28 May 2023