18 yaşlı Firnəgiz Quliyeva kəskin leykoz xəstəliyindən (ağ qan xərçəngi) əziyyət çəkir.
Bunu Bakıvaxtı.az-a Firəngizin atası Səbuhi Quliyev deyib.
Onun sözlərinə görə, qızını 12 oktyabr 2020-ci ildə leykoz xəstəliyi diaqnozu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə yerləşdiriblər: “1 il 3 ay mualicə aldı.Yekun mualicələr idi. 40 gündən sonra müalicəyə qayıtdıq”.
Ata deyir ki, analizlərin nəticəsini açıqlayan həkim Elyar Süleymanlı blast hüceyrələrin yenidən aqressivləsdiyini və xaricdə "illik" transplantasiya olunmasınıı bildirib: “Hal-hazirda müalicə alır. Reanimasiyadan çıxanda Allah qismət etsə, Türkiyəyə getməlidir. Firəngizin tam sağalması üçün 187 min manat pul lazımdır. Hal-hazırda pulun müəyyən hissəsi yığılıb.Yardımsevər insanlardan Firəngizə dəstək olmağı xahiş edirik”.
Qeyd edək ki, Firəngiz Quliyeva Xəzər Universitetinin ikinci kurs tələbəsidir.
Aytac Aslan
Bakı 







