• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Azərişıq" Qarabağda hansı işləri görüb?

CƏMİYYƏT

25 Iyul 2023 | 13:50

"Azərişıq" Qarabağda hansı işləri görüb?

“Hesabat dövründə müxtəlif gücdə 362 komplekt tranformator məntəqəsi quraşdırılıb”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərişıq” ASC tərəfindən 2023-cü ilin 1-ci yarısında elektrik enerjisi verilişinin keyfiyyətinin yüksəldilməsi, şəbəkələrdə enerji itkilərinin azaldılması üçün Bakı şəhərində və
regionlarda görülmüş işlər haqqında mətbuat konfransında Cəmiyyətin Texniki Departament direktoru Vüsal Qənbərov bildirib. 

O  şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən danışaraq, müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətlərilə əvəz edilməsi, o cümlədən, şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib. Eyni zamanda, ölkədə həyata keçirilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayəndələrinə məlumat verib.

“Yeni yeraltı kabel xətlərinin quraşdırılıb. Belə ki, 66,2 km 35 kV-luq, 147 km 10 kV-luq, 93,3 km 0,4 kV-luq kabel xətlərinin quraşdırılıb. 

Həmçinin 57,3 km 35 kV-luq, 356,2 km 10 kV-luq, 20,3 km 35 kV-luq, 1125,7 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilib. 

Onu da qeyd edim ki, yarımstansiyalarda olan avadanlıqların texniki vəziyyəti yoxlanılıb və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün 61 ədəd 110 kV-luq, 282 ədəd 35 kV-luq, 1005 ədəd 10 və 6 kV-luq elektrik avadanlıqlarının təmir, bərpa və sınaq işləri aparılıb”, - deyə Vüsal Qənbərov bildirib. 
 
Ramid İbrahimov


"Azərişıq" Qarabağda hansı işləri görüb?"Azərişıq" Qarabağda hansı işləri görüb?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026