• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərsığorta" kreditorlarına müraciət edib

CƏMİYYƏT

16 Fevral 2024 | 11:40

"Azərsığorta" kreditorlarına müraciət edib

Ləğv prosesində olan "Azərsığorta" ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu zaman kreditorlarun yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə) təqdim olunmalıdır.

Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026