• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Bağçalara növbəyə yazılma prosesi davam edir

CƏMİYYƏT

20 Noyabr 2025 | 11:14

Bağçalara növbəyə yazılma prosesi davam edir

2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.


SON XƏBƏRLƏR

19 Noyabr 2025