• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bahalaşma dalğası gəlir: Yeganə çıxış yolu...

CƏMİYYƏT

17 Yanvar 2022 | 12:18

Bahalaşma dalğası gəlir: Yeganə çıxış yolu...

“Bahalaşma zamanı adətən rəsmi şəxslər sahibkarları qınayaraq, onları süni qiymət artımında ittiham edirlər.  Amma hökumət əllərində olan alətlərdən gömrük rüsumlarının və vergi faizlərinin azlamasında, eləcə də kommunal xidmətlərin ucuzlaşmasında istifadə etmir, əksinə qiymətlərin artırılmasında istifadə edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli bildirib.

O, qeyd edib ki, Azərbaycanda müşahidə olunan qiymət artımını obyektiv səbəblərlə izah etmək çox çətindir: “Hökumətin apardığı tarif siyasətinə nəzər yetirəndə bəlli olur ki, dövlət şirkətlərinin göstərdiyi kommunal xidmətlərin qiymətləri zaman-zaman artırılır.

Əgər hökumət qarşısına sosial siyasət aparmağı məqsəd qoyubsa, insanların alıcılıq qabiliyyətini artırmaq və maddi rifahını yaxşılaşdırmaq üçün yeganə çıxış yolu var - tarif siyasətini yumşaq aparmaq lazımdır. Bahalaşmaya yol verilməməlidir”. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026