• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Bakcell” və "Nar" şəbəkəsində texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB

Gündəm

21 Sentyabr 2022 | 23:04

“Bakcell” və Nar şəbəkəsində texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB

Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az-a “Nar” şirkətindən bildirilib.

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

**22:16

Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az-a "Bakcell" şirkətindən məlumat verilib. "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - açıqlamada deyilir.

 

***19:44

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

 

***18:31

Azərbaycanda bəzi mobil operatorların müştəriləri problemlə qarşılaşıblar.

Bakıvaxtı.a
z xəbər verir ki, "Bakcell" və "Nar Mobile" müştərilərində mobil əlaqədə və internetin verilməsində ciddi problemlər yaşanır.

Adıçəkilən mobil operatorların müştəriləri bu barədə sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, problem bir sıra şirkətin işində də çətinlik yaradıb.

Şirkətlərdən mobil operatorun sistemində yaranan nasazlıqla bağlı məlumat verməyib.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

25 Aprel 2024