• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakı əhalisi ərzağa milyardlar xərcləyir

İQTİSADİYYAT

04 Avqust 2021 | 21:54 | Müəllif: Subhan Mahmudov

Bakı əhalisi ərzağa milyardlar xərcləyir

 2021-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3 faiz artaraq 11 milyard 7,3 milyon manat olub.

Bakıvaxtı.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5 milyard 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5 milyard 296,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026