• Bakı 22° C

    5.14 m/s

Bakı metrosunda qatarlar NİYƏ LƏNGİDİ?

CƏMİYYƏT

30 Mart 2022 | 22:10 | Müəllif: Qalib İbrahimoğlu

Bakı metrosunda qatarlar NİYƏ LƏNGİDİ?

Bakı metrosunda qatarların hərəkət intervalında ləngimə yaranıb.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib. Məlumata görə, "Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb.

Qeyd olunub ki, bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib: "Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026