• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı metrosunda qatarların hərəkətində ləngimə oldu

CƏMİYYƏT

10 Sentyabr 2021 | 09:57

Bakı metrosunda qatarların hərəkətində ləngimə oldu

Bu gün “Bakı Metropoliteni” QSC-nin qatarlarından biri “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.

Bakıvaxtı.az-ın məlumatına görə, buna görə də “Ulduz” stansiyasında sərnişinlər düşürülüb.

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.

Metronun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar qrafik üzrə normal hərəkət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026