Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə magistralın 72-ci kilometrində qeydə alınıb.
Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi “Ford” markalı avtomobil maneəyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)
















