• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur aktyor qartəmizləyən maşınının altında qaldı

HADİSƏ

23 Yanvar 2023 | 17:51

Məşhur aktyor qartəmizləyən maşınının altında qaldı

Hollivud ulduzu Ceremi Renner istifadə etdiyi qartəmizləyən maşınının altında qalıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölümdən dönən aktyor 30-dan çox sümüyünün qırıldığını bildirib.

Evində fizioterapiya seansı zamanı çəkilmiş fotosunu paylaşan Renner özünün və bütün ailəsinin prioritetlərinin təsadüfən dəyişdiyini bildirib və xoş arzularını göndərən pərəstişkarlarına təşəkkür edib.

"30-dan çox sınıq sümüyüm sağalacaq və möhkəmlənəcək. Eynən ailə və dostlarla olan sevgi və bağın dərinləşdiyi kimi", - aktyor yazıb.

Chris Hemsworth, Gwen Stefani, Heidi Klum, Chris Evans kimi bir çox məşhur adlar aktyorun paylaşımına biganə qalmayıb və Rennerə tezliklə sağalmaq mesajları verib. Marvel filmlərində Rennerlə birlikdə rol alan Kris Hemsvort "Sən çempionsan, kişi! Biz səni sevirik!" yazıb.

Xəstəxanadan verilən açıqlamada aktyorun döş qəfəsindən küt travma aldığı və avtomobilin ayağının üstündən keçdiyi bildirilib.

İki dəfə əməliyyat olunan məşhur aktyor xəstəxana çarpayısından paylaşımları ilə pərəstişkarlarını məlumatlandırıb. 52 yaşını xəstəxanada qeyd edən aktyor müalicəsini həyata keçirən reanimasiya qrupu ilə birlikdə poza verərək səhiyyə işçilərinə təşəkkür edib.

Ay Tac


Məşhur aktyor qartəmizləyən maşınının altında qaldıMəşhur aktyor qartəmizləyən maşınının altında qaldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR