• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı sakinlərinə Paytaxt salatı neçəyə başa gələcək?

CƏMİYYƏT

29 Dekabr 2021 | 16:13 | Müəllif: Qalib İbrahimoğlu

Bakı sakinlərinə Paytaxt salatı neçəyə başa gələcək?

Bayramların vazkeilməz təamlarından biri də Paytaxt salatıdır. Hər bayramda olduğu kimi, Yeni il bayram süfrələrimizi də bəzəyəcək Paytaxt salatı bizlərə neçəyə başa gələcək?

Bakıvaxtı.az xəbər verir ki, APA-Economics dekabr ayının sonuna Bakı şəhəri üzrə Paytaxt salatı indeksini hesablayıb. Belə ki, qarşıdan gələn Yeni il bayramında Paytaxt salatı Bakı sakinlərinə 10,11 manata başa gələcək.

Bazardakı qiymətlər və salatın inqrediyentləri əsasında aparılan hesablamalara görə, standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan Paytaxt salatının xam çəkisi təxminən 2,5-2,7 kq olacaq və bu həcmdə salatın qiyməti 10,11 manat təşkil edəcək. Bu, dekabr ayının əvvəli ilə müqayisədə 1,8% azdır.

Paytaxt salatının inqrediyentlərinə gəldikdə, standart reseptə turşu xiyar (2 ədəd – 300 q), təzə xiyar (2 ədəd – 300 q), yaşıl noxud (1 banka – 300-400 q), mayonez (1 banka – 350-400 ml), kartof (500 q), kök (400 q), yumurta (4 ədəd – 200 q), toyuq filesi (300 q), şüyüd (1 dəstə) daxildir.

Ayrı-ayrı malların qiymətlərinə gəldikdə, salatın ən bahalı inqrediyentləri toyuq filesi (300 q – 2,3 manat), yaşıl noxud (300-400 qramlıq banka 2,1 manata) və mayonezdir (400 ml banka və ya paket – 2,23 manat), ən ucuz isə şüyüd (dəstəsi 0,2 manat) başa gələcək.

Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə yumurta və şüyüdün qiyməti dəyişməyib qalıb. Təzə xiyarın qiymətində isə kəskin artım baş verib (42,4%). Yeni il qabağı mağazaların təklif etdiyi endirimlər fonunda yaşıl noxud və mayonezin ortalama qiymətləri müvafiq olaraq 11,3% və 5,5% enib.

Beləliklə, Azərbaycanda "Paytaxt salatı qiyməti indeksi" aylıq müqayisədə 1,8% azalıb.

İnqrediyentlər

Qiymət

Aylıq inflyasiya

Miqdar

Dəyər

Turşu xiyar

1 kq – 2,4 ₼

-2,4%

300 q

0,72 ₼

Yaşıl noxud

1 banka – 2,08 ₼

-11,3%

300-400 q

2,08 ₼

Kartof

1 kq – 1,34 ₼

-4,3%

500 q

0,67 ₼

Kök

1 kq – 0,9 ₼

-10%

400 q

0,36 ₼

Yumurta

1 ədəd – 0,17 ₼

0%

4 ədəd

0,68 ₼

Toyuq filesi

1 kq – 7,6 ₼

1,3%

300 q

2,28 ₼

Mayonez

1 banka – 2,23 ₼

-5,5%

350-400 ml

2,23 ₼

Təzə xiyar

1 kq – 2,99 ₼

42,4%

300 q

0,90 ₼

Şüyüd

1 dəstə – 0,20 ₼

0,%

1 ədəd

0,20 ₼

Ümumi

 

-1,8%

2,7 kq

10,11 ₼


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026