• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakı və Gəncədə iki qız itkin düşdü

HADİSƏ

24 Fevral 2024 | 10:13

Bakı və Gəncədə iki qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.

Gəncə şəhərində isə 18 yaşlı qız itkin düşüb. Şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı - 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

SON XƏBƏRLƏR

26 Iyul 2024